Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı növbəti səyyar qəbulunu keçirib

27 noyabr 2019 | 16:00

 Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov vətəndaşlarla daha sıx təmas quraraq onların müraciətlərini yaşadıqları ərazidə dinləmək məqsədilə səyyar qəbul-görüşlərini davam etdirir. İcra başçısı növbəti səyyar qəbul-görüşünü noyabrın 27-də rayonun iri yaşayış məntəqələrindən olan Aşağı Nüvədi   qəsəbəsində keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirak etdiyi qəbul-görüşdə sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırdıqları məsələlər yerindəcə araşdırılıb və həlli ilə bağlı tədbirlər müəyyən edilib. Səyyar qəbul-görüşü razılıqla qarşılayan sakinlər ilk növbədə əvvəllki müraciətlərində qaldırdıqları məsələlərin həllindən məmnun qaldıqlarını bildirərək ölkə Prezidentinin ünvanına minnətdarlıq ifadə ediblər. Çıxışlarda Lənkəran rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən genişmiqyaslı quruculuq işləri dövlət başçısının davamlı diqqəti və qayğısı kimi yüksək dəyərləndirilib.  Rayonda  yaşayış məskənlərinin kütləvi şəkildə qazlaşdırılması, elektrik enerjisinin fasiləsiz verilməsi, içməli su xəttlərinin çəkilişi, yeni asfalt yolların salınması, qış mövsumu ərəfəsində çoxmənzilli yaşayış binalarının  dam örtüklərinin əsaslı təmiri, yeni məktəb binalarının tikintisi ölkə başçısının uğurla apardığı sosial siyasətin bəhrəsi kimi vurğulanıb. Qeyd olunub ki, son illərdə Aşağı Nüvədi qəsəbəsinin inkişafı sahəsində də mühüm işlər görülüb, sakinləri narahat edən problem məsələlər mütəmadi olaraq həll olunur, qəsəbənin mərkəzi yolu başdanbaşa asfaltlanıb.  Eyni zamanda qəsəbə ərazisində  sahibkarlığın inkişafı, yeni turizm obyektlərinin istifadəyə verilməsi, kənd təsərrüfatı işlərinin sürətlənməsi, yeni iş yerlərinin açılması yerli infrastrukturu gücləndirməklə yanaşı  qəsəbə sakinlərinin yaşayışını, maddi-məişət şəraitini də xeyli yaxşılaşdırdığı diqqətə çatdırılıb.   
Səyyar qəbul-görüşü yekunlaşdıran İcra başçısı vətəndaşların müraciətlərində qaldırılan bir sıra məsələlərin və fərdi xahişlərin vaxtında həllindən ötrü  zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər