Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İndoneziyanın səfiri Lənkəranda səfərdə olub

20 noyabr 2019 | 16:00

 İndoneziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri pr.DR.H.Husnan Bey Fananie 20 noyabr  2019-cu il tarixdə Lənkəran şəhərinə tanışlıq səfərinə gəlib. Lənkəran ŞİH başçısı Taleh Qaraşov tərəfindən qəbul olunan səfirə şəhərin tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun uğurlu nəticələrinin Lənkəranın da simasından aydın göründüyünü qeyd edən İcra başçısı son illərdə rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri barədə, həyata keçirilən infrastruktur layihələr, təhsil, səhiyyə, mədəniyyət və turizmin inkişafı, xüsusilə kənd təsərrüfatının, çayçılıq, çəltikçilik, sitrusçuluq və baramaçılıq sahələri barədə qonağa ətraflı məlumat verib Səmimi qəbula görə İcra başçısına təşəkkürünü bildirən səfir İndoneziya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından razılığını ifadə edərək, bu əlaqələrin daha da dərinləşməsindən ötrü səylə çalışacağını vurğulayıb. O qeyd edib ki, Azərbaycanın şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi bu ölkəni qlobal layihələrin həyata keçirilməsində əsas iştirakçılardan birinə çevirir və çoxlu sayda yaxın və uzaq ölkələrlə iqtisadi, ticari və mədəni əlaqələrin qurulmasına əlverişli imkanlar açır. İndoneziyanın da Azərbaycanla geniş əlaqələri olduğunu və gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb. Eyni zamanda səfir İndoneziyanın Boqor şəhəri ilə Lənkəranın qardaşlaşmış səhərlər kimi əlaqələrinin qurulmasına da nail olacağını bildirib.  Həmin gün Lənkəran Dövlət Universitetində olan səfir tələbələr qarşısında mühazirə oxuyub. Sonra İndoneziyalı qonaq Lənkəran şəhərinin görməli yerləri ilə tanış olub. Səfər çərçivəsində 22-24 noyabr tarixlərində Heydər Əliyev Xatirə parkında  İndoneziyanın mətbəxi,  məhsulları, incəsənət və mədəniyyətinin təqdimatı nəzərdə tutulmuşdur.

Keçidlər