Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına yola düşüblər

13 noyabr 2019 | 16:00

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün keçirilən "Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar artıq ənənə halını alıb. Şagirdlərin ölkəmizin müxtəlif bölgələrinin tarixi, təbiəti, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış edilməsində, ölkə başçısının davamlı diqqəti və qayğısı ilə  gündən-günə abadlaşan şəhər və rayonların yeniləşən siması barədə onlarda əyani təsəvvürün yaradılmasında mühüm rol oynayan bu tur-aksiyalarda Lənkəran məktəbliləri də fəal iştirak edirlər. Noyabrın 13-də Lənkəran Şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə rayon məktəblilərinin növbəti 40 nəfərlik qrupu Qəbələ, Şəki və Zaqatala rayonlarına yola salınıb. Yolasalma mərasimində Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev, İcra aparatının və şəhər Təhsil şöbəsinin məsul işçiləri, şagirdlərin təhsil aldıqları məktəblərin rəhbərləri və valideynlər iştirak ediblər. Ən müasir turist avtobusunda səyahətə çıxan məktəbliləri 5 nəfərdən ibarət müəllim və həkim heyəti təmsil edəcəkdir.

Keçidlər