Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Açıq mikrofon günü” keçirilib

12 noyabr 2019 | 16:00

Dövlət qurumları tərəfindən vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyə və tapşırıqlarına Lənkəranda da səylə əməl olunur.Lənkəran Şəhər İcra Hakimiyyətində, rayonun idarə, müəssisə və təşkilatlarında vətəndaşlar heç bir məhdudiyyət qoyulmadan qəbul edilir və müraciətləri qanunauyğun şəkildə araşdırılaraq müvafiq tədbirlər görülür. Eyni zamanda İcra başçısı qabaqcadan elan olunmuş  qrafikə uyğun olaraq ayrı-ayrı yaşayış məntəqələrində səyyar qəbul-görüşlər  keçirib mövcud problemlərlə yerindəcə tanış olur. Əhali ilə daha sıx təmas quraraq sakinləri düşündürən məsələləri dinləyib araşdırmaq üçün İcra başçısı Taleh Qaraşovun təşəbbüsü ilə noyabrın 12-də Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində səhər sakinləri ilə “Açıq mikrofon günü” keçirilib. Tədbirin keçirilmə yeri və vaxtı barədə məlumat şəhər İcra hakimiyyətinin internet saytı vasitəsi ilə qabaqcadan elan olunub. Şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən “Açıq mikrofon günü”ndə şəhər sakinlərinin tam sərbəst şəkildə səsləndirdikləri arzu və təkliflər, habelə fərdi müraciətlər həssaslıqla dinlənilmiş və qaldırılan məsələlər əlaqədar məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.“Açıq mikrofon günü”nün  keçirilməsindən razılıqlarını bildirən sakinlər əvvəllər qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər. Çıxışlarda Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə geniş yer verilərək sakinlərin həyat şəraitinin yaxşılaşdırılması, daha rahat yaşamaları üçün həyata keçirilən mühüm sosial layihələrə görə ölkə rəhbərliyinin ünvanına çoxsaylı minnətdarlıq ifadə olunub. Son illərdə icra olunmuş yol layihələri, kütləvi qazlaşdırma, elektrik təsərrüfatının yenilənməsi, içməli su xəttinin çəkilməsi, çoxmənzilli binaların dam örtüklərinin və fasadlarının əsaslı təmiri, yeni təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, istehsal müəssisələrinin tikilib istifadəyə verilməsi, yeni iş yerlərinin yaradılması, digər mədəni quruculuq işləri dövlətin vətəndaşlara davamlı qayğısı kimi vurğulanıb. İcra başçısı “Açıq mikrofon günü”ndə 80 nəfərə qədər şəhər sakininin fərdi müraciətini diqqətlə dinləyərək  səsləndirilən məsələləri aidiyyəti məsul şəxslərlə birgə araşdırıb həlli ilə bağlı müvafiq  tədbirlərin görülməsini tapşırıb. Müraciətlərdən 42-i yerindəcə həllini tapıb, 31 müraciətə qanunamüvafiq cavab verilib, 7 müraciətin həlli müddət tələb etdiyindən nəzarətə götürülüb. Bundan başqa şəhər İcra hakimiyyətində vətəndaş müraciətlərinin operativ qəbulundan ötrü daimi fəaliyyət göstərən “242” nömrəli çağrı mərkəzi yaradılıb.Vətandaş məmnunluğunun təmin olunmasında  böyuk əhəmiyyəti olan belə  Açıq mikrofon günlərinin müntəzəm olaraq keçirilməsi qərara alınmışdır.

 

Keçidlər