Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı növbəti səyyar qəbulunu Nərimanabad qəsəbəsində keçirib

06 noyabr 2019 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşlərini davam etdirərək rayonunun ən ucqar yaşayış məntəqələrində belə əhalinin sosial durumu və mədəni quruculuq işlərinin vəziyyəti ilə yerindəcə tanış olur və  vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlərin görülməsini təmin edir.  İcra başçısı növbəti səyyar qəbul-görüşünü noyabrın 6-da rayonun iri yaşayış məntəqələrindən olan Nərimanabad  qəsəbəsində keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirak etdiyi qəbulda sakinlərin müraciətləri həssaslıqla dinlənilərək qaldırdıqları məsələlər operativ şəkildə araşdırılmış və həlli ilə bağlı tədbirlər müəyyən edilmişdir. Qəsəbə sakinləri  səyyar qəbuldan razılıq edərək onların müraciətləri ilə bağlı görülmüş işlərdən məmnun olduqlarını bildirmiş və ölkə prezidentinin ünvanına minnətdarlıq ifadə ediblər. Sakinlər qəsəbədə görülmüş işlərlə yanaşı rayonun sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərindən də söhbət açıblar. Onlar  son illərdə rayonun sosial-iqtisadi inkişafı fonunda Nərimanabad qəsəbəsində də bir sıra geniş sosial əhəmiyyətli işlərin görülməsini, xüsusilə uzun illərdən sonra ərazinin başdanbaşa qazlaşdırılmasını, qəsəbəyə gələn magistral avtomobil yolunun yüksək səviyyədə asfaltlanmasını, elektrik təsərrüfatının yenilənməsini, çoxmənzilli yaşayış binalarının dam örtüklərinin əsaslı təmir olunmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndiriblər.  Səyyar qəbul-görüşü yekunlaşdıran İcra başçısı vətəndaşların müraciətlərində səslənmiş məsələlərin vaxtında həllindən ötrü  tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Keçidlər