Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ 10 GÜNLÜK SİLSİLƏ TƏDBİRLƏR ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLMİŞDİR

05 dekabr 2012 | 16:00

Dekabrın 4-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan 10 günlük silsilə tədbirlər çərçivəsində növbəti görüş keçirildi.
Lənkəran Dövlət Universitetinin və Humanitar Kollecin tələbələri ilə yaşlı nəslin nümayəndələri arasında təşkil olunan görüşü Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva açaraq mövzu ilə bağlı məlumat verdi. O, bildirdi ki, görüşdə iştirak edən ağsaqqallar hələ həyatda olarkən Ümummilli Liderlə görüşmüş, onun dövlətimizin müstəqlillik əldə etməsi, inkişafı üçün düşünmüş olduğu siyasi kursun icrasında fəallıq göstərmişlər.
Sonra Mərkəzin elmi işçisi Qadir Kazımov çıxış edərək iştirakçıları təqdim etdi, Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verdi.
Qonaqlar Sərhad Məmmədov, Barat Məhərrəmov, Novruz Ramazanov xalqın böyük oğlu Heydər Əliyevlə görüşlərindən, onunla birgə olduğu vaxtların xatirələrindən danışdılar. Bildirdilər ki, istər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin xalqa, dövlətə etdiyi xidmətlər əvəzolunmazdır. Məhz onun düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bir dövlət kimi formalaşmış, xalqımız dünya xalqlarına tandılmışdır. Çıxış edənlər bu əzmkar və fərəhli yolda Dahi Öndərə şəxsən dəstək olduqları üçün qürur duyduqlarını ifadə etdilər. Həmin illərin həyatlarında buraxdığı əbədi izlərdən, unudulmayacaq xatirələrindən söhbət açdılar.
Görüş zamanı qonaqlar tələbələri maraqlandıran sualları cavablandırdılar.
 

Keçidlər