Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir!” adlı fləşmob keçirildi

18 oktyabr 2019 | 16:00

 Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Lənkəran Şəhər Gənclər və İdman idarəsi tərəfindən 18 Oktyabr 2019-cu il tarixdə ulu öndər Heydər Əliyevin adına Lənkəran Şəhər Mərkəzi Parkında Dövlət Müstəqilliyi günü ilə əlaqədar 1500 nəfərə yaxın gəncin iştirakı ilə “Müstəqilliyimiz əbədidir,sarsılmazdır,dönməzdir!” adlı fləşmob keçirildi. Fləşmob çərçivəsində gənclər coşqu ilə müstəqilliyə dair şüarlarla və dövlət bayraqları ilə meydana daxil olmuş, milli ruhlu müxtəlif musiqilərin müşayiəti ilə bir neçə rəqs nömrələri ilə çıxış etmiş, daha sonra 300 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının xəritəsini canlandırılmış, 24 nəfər gəncin iştirakı ilə ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” kəlamını dövlət xəritəsinin daxilində əks etdirmişlər.

Keçidlər