Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı nöbəti səyyar qəbul-görüşünü Boladi kəndində keçirib

16 oktyabr 2019 | 16:00

 16 oktyabr 2019-cu il tarixdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun ən böyük yaşayış məntəqələrindən olan Boladı kəndində keçirib. İcra aparatının rəsmi şəxslərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi qəbul-görüşdə müraciət edən vətəndaşlar həssaslıqla dinlənilərək qaldırdıqları məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Qaldırılan məsələlər əsasən yerindəcə həllini tapmış, vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Səyyar qəbuldan razılıq edən sakinlər əvvəllki müraciətləri zamanı onları narahat etmiş problem məsələlərin həlli ilə bağlı görülmüş işlərə görə ölkə rəhbərliyinin ünvanına minnətdarlıq ifadə ediblər. Çıxışlarda ümumilikdə ölkədə sosial-iqtisadi inkişafla bağlı aparılan siyasət tamamilə dəstəklənib, uğurla həyata keçirilən islahatlar, maaş və müavinətlərin artırılması, yeni iş yerlərinin açılması, tibbi sığortanın tətbiqinin qərara alınması əhalinin rifah halının yaxşılaşmasına yönələn təbdirlər kimi dəyərləndirilib.Çıxışlarda bütün ölkə ərazisində olduğu kimi Lənkəran rayonunda da sosial-iqtisadi inkişafın getdikcə sürətlənməsindən, yeni yol layihələrinin icrasından, genişmiqyaslı tikinti-abadlıq və mədəni quruculuq işlərindən, sakinlərin qaz və elektrik enerjisi ilə fasiləsiz təchizatından məmnunluq ifadə olunub. Qeyd olunub ki, rayonda sahibkarlığın inkişafına verilən dəstək və biznes mühitinin yaxşılaşmasına yaradılan şərait hesabına Boladı kəndində də sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr əldə olunub.  Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı hesabına fərdi təsərrüfatlarda  70 hektarda buğda, 40 hektarda kartof, 340 hektarda tərəvəz bitkiləri əkilib, 388 kq barama istehsal olunub. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə iş üçün müraciət etmiş 16 nəfər kənd sakini haqqı ödənilən ictimai işlərə cəlb olunub.İcra başçısı qəbul-görüşü yekunlaşdıraraq vətəndaşların müraciətlərinə baxılmasına diqqətin daha da artırılmaslı ilə bağlı məsul şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verib.

Keçidlər