Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Osakücə kəndində səyyar qəbul-görüş

02 oktyabr 2019 | 16:00

 Lənkəran ŞİH başçısı Taleh Qaraşov oktyabrın 2-də rayonun dağlıq ərazisinin iri yaşayış məntəqələrindən olan Osakücə kəndində səyyar qəbul-görüş keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən qəbul-görüşdə vətandaşların müraciətləri dinlənilmiş, qaldırdıqları məsələlər operativ şəkildə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Səyyar qəbulu razılıqla qarşılayan sakinlər çıxışlarında əvvəllki görüşlər zamanı qaldırılmış  məsələlərin həlli ilə bağlı görülmüş işlərə görə də minnətdarlıq ifadə ediblər. Çıxışlarda rayonun bütün ərazilərində olduğu kimi Osakücə kəndində də sosial-iqtisadi inkişafın daha da sürətlənməsi,  son illərdə kənddə yeni məktəb binasının, tibb məntəqəsinin tikilməsi, kəndin ərazisindən keçən magistral avtomobil yolunun yüksək səviyyədə təmir olunaraq asfaltlanması ölkə başçısının diqqət və qayğısının bəhrəsi kimi vurğulanıb. Qeyd olunub ki, məhz bu qayğı sayəsində Ocakücə kəndində kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf edir, məhsul istehsalı artır, sakinlərin maddi-məişət şəraiti durmadan yaxşılaşır. Cari ildə kənddə təsərrüfatlarda  40 hektarda çay, 60 hektarda buğda əkilib, 309 kq barama istehsal olunub, iri buynuzlu malqaranın sayı 1890-na, xırda buynuzlu malqaranın sayı 1075-ə, arı ailələrinin sayı isə 650-yə çatdırılıb. Sakinlər şəhər İcra hakimiyyəti tərəfindən onların müraciətlərinə operativ reaksiya verilməsindən məmnun qaldıqlarını da xüsusi vurğulayıblar. Qəbul-görüşü yekunlaşdıran İcra başçısı sakinlərə xoş arzularını çatdırmaqla yanaşı müraciətlərdə irəli sürülən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da verib.

Keçidlər