Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2019 | 16:00

Azərbaycanın dövlət təsisatları sırasında xüsusi yeri və statusu olan prokurorluq orqanlarının işçiləri növbəti dəfə peşə bayaramlarını qeyd edirlər. Lənkəranda da prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin iştirakçıları  Heydər Əliyev xatirə parkına gələrək Ümummilli Lider Heydər Əliyevin əzəmətli abidəsini ehtiramla ziyarət edib önünə tər çiçəklər düzüblər. Bayram ərəfəsində rayon prokurorluğu üçün tikilən yeni bina ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Baş prokurorun birinci müavini Rüstəm Üsübov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri yeni binada kollektiv üçün yaradılmış şəraitlə tanış olublar. Baş prokurorun birinci müavini Rüstəm Usubov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov prokurorluq işçilərini bir daha peşə bayramı münasibətilə təbrik edib qanunçuluğun qorunmasında və cinayətkarlığa qarşı mübarizədə onlara uğurlar arzulayıblar.

Keçidlər