Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Rvo kəndində səyyar qəbul-görüş

25 sentyabr 2019 | 16:00

 25 sentyabr 2019-cu il tarixdə Lənkəran ŞİH başçısı Taleh Qaraşovun rayonun Rvo kəndində səyyar qəbul-görüşü keçirilib. Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirak etdiyi səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, kəndin sosial-iqtisadi inkişafına aid məsələlər barədə təkliflər araşdırılaraq onların həlli istiqamətində müvafiq tədbirlər müəyyənləşdirilib. Çıxış edən sakinlər əvvəlki görüşlər zamanı qaldırdıqları məsələlərin həllinə görə ölkə Prezidentinin ünvanına xoş sözlər söyləyib, minnətdarlıq ifadə ediblər. Onlar ərazidə yerləşən kəndlərin kütləvi şəkildə qazlaşdırılmasının, elektrik təsərrüfatının yenilənməsinin, yol infrastrukturunun yaxşılaşdırılmasının əhalinin maddi-məişət şəraitini daha da yaxşılaşdırdığını, rahat yaşamaları üçün əlverişli imkanlar yaratdığını bildirərək bunların, xüsusilə Ələt-Astara-İran sərhəddi, Lənkəran-Lerik magistral avtomobil yollarının ən yüksək səviyyədə qurulmasının onlarda məmnunluq yaratdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, dövlətin davamlı diqqəti və qayğısı ilə kənddə aqrar sahədə də işlər sürətlənib. Heyvandarlıq, sitrus meyvəçiliyi və arıçılıq təsərrüfatlarında məhsul istehsalı artıb, əhalinin gəlirləri çoxalıb. Cari ildə ilk dəfə olaraq 131 kq barama istehsal olunub. Kənddə özünüməşğulluq proqramı çərçivəsində 16 ailənin iştirakı ilə 3,5 ha sahədə yeni limon-sitrus plantasiyası salınması layihəsinin icrasına başlanılıb.  Bütün bunlardan razılıq edən sakinlər səyyar qəbula görə bir daha İcra başçısına təşəkkürlərini çatdırıblar. 
İcra başçısı qəbul-görüşü yekunlaşdıraraq müraciətlərdə səslənmiş arzu və təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər