Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Xolmili kəndində səyyar qəbul-görüş

17 sentyabr 2019 | 16:00

 Lənkəran ŞİH başçısı Taleh Qaraşov vətəndaşları narahat edən problemlərlə yerindəcə tanış olmaq üçün ayrı-ayrı yaşayış məntəqələrində səyyar qəbul-görüşlərini davam etdirir. İcra başçısı növbəti səyyar qəbul-görüşünü rayonun Xolmili kəndində keçirib. Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin rəhbər işçiləri iştirak ediblər. Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilərək qaldırdıqları məsələlərə yerindəcə baxılıb və həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdırilib. Sakinlər çıxışlarında cənab Prezidentin tapşırığı ilə vətəndaş  müraciətlərinə baxılmasına diqqətin artırılmasından, mövcud problemlərin aradan qaldırılması ilə bağlı operativ tədbirlərin görülməsindən, əvvəlki görüşlər zamanı qaldırılmış məsələlərin həllindən razılıq ifadə ediblər. Xüsusilə Xolmili kəndini üç tərəfdən əhatə edən magistral avtomobil yollarının başdanbaşa asfaltlanması, kəndə yeni içməli su xəttinin çəkilməsi, elektrik dirəklərinin və xətlərinin yenidən qurulması, təbii qazın fasiləsiz olaraq verilməsi, eyni zamanda yaxın ərazidən keçən Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsi, Hirkan-Mamusta-Siyavar kəndlərarası avtomobil yolunun əsaslı təmiri və asfaltlanması, qonşu Şıxəkəran kəndində ən müasir tələblərə cavab verən yeni məktəb binasının tikilib istifadəyə verilməsi  xalqa göstərilən davamlı dövlət qayğısının parlaq nümunəsi kimi qiymətlədirilib.   
İcra başçısı Taleh Qaraşov və Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev sakinlər qarşısında çıxış edərək ölkədə və rayonda sosial-iqtisadi inkişaf sahəsində görülən işlərə münasibətlərini bildirmiş və bu inkişaf fonunda Xolmili kəndində bundan sonra da yeni sosial layihələrin icrasından ötrü dövlət səviyyəsində lazımi işlərin görüləcəyini əminliklə bildiriblər.İcra başçısı görüşdə irəli sürülən təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

Keçidlər