Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda yeni tədris ili yüksək əhval-ruhiyyə ilə başlayıb

16 sentyabr 2019 | 16:00

 Azərbaycanda milli təhsilin inkişafı strategiyasının əsas istiqamətini təşkil edən təhsilin maddi-texniki bazasının gücləndirilməsinə diqqət Lənkəranda da durmadan artır. Hər il yeni məktəblərin tikintisi, lazımi avadanlıqlarla təchiz edilərək şagirdlərin istifadəsinə verilməsi, bəzilərinin əsaslı təmiri artıq ənənə halını alıb. Cari ildə də rayonda 9 məktəb üçün yeni binalarııın tikintisinə başlanılıb. Onlardan 432 şagird yerlik Şıxəkəran kənd tam orta məktəbinin tikintisi tam başa çatdırılmış və sentyabrın 16-da məktəbin təntənəli açılışı olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov Lənkəran şəhərində Heydər Əliyev xatirə parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər çiçəklər düzdükdən sonra yeni məktəbin açılış mərasimində iştirak etmək üçün Şıxəkəran kəndinə gəliblər. Açılış mərasimində iştirak edən kənd sakinləri qonaqları hərarətlə, sevinc hissi ilə qarşılayıblar. Mərasimi giriş sözü ilə açan məktəbin direktoru İlqar Tağıyev yeni dərs ili ərəfəsində belə dəyərli hədiyyəyə görə kənd ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ifadə edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər şəxslər çıxış edib kənd içtimaiyyətini, müəllim və şagird kollektivini  yeni dərs ilinin başlanması münasibətilə təbrik edib onlara xoş arzularını çatdırıblar. Həmin gün rayonun ucqar dağlıq ərazidə yerləşən Alazəpin, Köhnəgəgir, Türkəncil və Jidi  kəndlərində tikilmiş 4 modul məktəbin də açılışı olub. Yeni məktəblərin açılışını valideynlər və məktəb kollektivləri  dövlətin xalqın balalarına göstərdiyi əvəzsiz qayğısı kimi dəyərləndiriblər.
Sonra İcra başçısı və nazir müavini Lənkəran Dövlət Universitetinə gələrək burada 160 yerlik tələbə yataqxanasının və 2 yeni tədris korpusunun açılış mərasimində iştirak edib professor-müəllim və tələbə kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər.

Keçidlər