Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

06 avqust 2019 | 16:00

 06 avqust 2019-cu il tarixdə Lənkəran şəhər Mədəniyyət mərkəzində “Dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib. Konfransda Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra nümayəndələri, bələdiyyə sədrləri, QMİ-nin cənub bölgəsi üzrə qazisi, DQİÜ DK-nin cənub bölgə şöbəsinin müdiri, təhsil, səhiyyə və mədəniyyət işiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və rayon ziyalılarının nümayəndələri-ümumilikdə 650 nəfər iştirak edib.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov konfransı açaraq əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun cənab Prezident İlham Əliyevin ardıcıl səyləri ilə davam etdirilməsi sayəsində ölkədə ictimai-siyasi həyatın bütün sahələri ilə yanaşı mənəvi sahədə də dayanıqlı sabitliyin, inkişafın əldə olunduğunu, xüsusilə dini etiqad sahəsində qanunun aliliyinin təmin olunduğunu diqqətə çatdırıb. İcra başçısı cənab Prezident İlham Əliyevin ardıcıl səyləri ilə möhkəm əsaslar üzərində qurulmuş sabit dövlət-din münasibətlərinin qanunamüvafiq tənzimlənməsi,din sahəsində vəhdətin, tolerant münasibətin və dinlərarası dialoqun təmin olunması üçün ölkədə həyati əhəmiyyətli işlərin görüldüyünü qeyd edərək rayonda dini durumun sağlamlaşdırılması məqsədilə şəhər İcra hakimiyyəti, QMİ-i, DQİÜ DK-i və rayonun hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı və kollektiv səyi ilə müvafiq işlərin aparıldığını önə çəkib və aparılan mədsədyönlü təbliğat-izahat işlərinin və vaxtında həyata keçirilən qanunamüvafiq tədbirlərin öz bəhrəsini verdiyini, nəticədə rayonda din sahəsində sabitliyin təmin olunduğunu, dini mərasimlərin qeyri-ənənəvi, yad düşüncəyə əsaslanan, müəyyən qrupların maraqlarına xidmət edən forma və məzmunda keçirilməsi hallarına son qoyulduğunu xüsusi vurğulayıb.
Sonra İcra başçısının müavini-İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri R.Arifqızı “Dövlət-din münasibətləri” mövzusunda məruzə edib.  Lənkəran şəhər-rayon polis şöbəsinin rəisi, polkovnik İslam Hümmətov, QMİ-nin cənub bölgəsi üzrə qazısı Qəni Axundzadə, Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri  Qağayı Məmmədov, “Qalayçılar” məhəlləsi məscidinin imamı Səmədağa Şahbazov,  Sutamurdov kənd məscidinin imamı Fəxri Sadıqov, şəhər 1 saylı tam orta məktəbinin direktoru Nəzakət Abdullayeva, Rayon Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov  məruzə ətrafında çıxış edib rayonda dövlət-din münasibətlərinin qanunamüvafiq tənzimlənməsi, dini sabitliyin qorunması ilə bağlı fikir və mülahizələrini söyləyiblər.
İcra başçısı Taleh Qaraşov konfransı yekunlaşdıraraq rayonda dövlət-din münasibətlərinin Konstitusiya normaları çərçivəsində tənzimlənməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, dini mərasimlərin keçirildiyi yerlərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinin gözlənilməsi ilə bağlı tövsiyyə və tapşırıqlarını çatdırıb.

Keçidlər