Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Hindistanın səfiri Lənkəranda olub

19 iyun 2019 | 16:00

 Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavitlunq 19 iyun 2019-cu il tarixdə Lənkəran şəhərinə tanışlıq səfərinə gəlib.  Lənkəran ŞİH başçısı tərəfindən qəbul olunan səfirə şəhərin tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun uğurlu nəticələrinin Lənkəranın da simasından aydın göründüyünü qeyd edən İcra başçısı son illərdə rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr, istifadəyə verilən yeni obyektlər, turizm infrastrukturu, asfalt yollar, körpülər, xüsusilə kənd təsərrüfatının, çayçılıq, çəltikçilik, sitrusçuluq və baramaçılıq sahələrinin  sürətli inkişafından söz açıb.  Səmimi qəbula görə İcra başçısına təşəkkürünü bildirən səfir Hindistan-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından razılığını ifadə edərək, bu əlaqələrin daha da dərinləşməsindən ötrü çalışacağını bildirib. O qeyd edib ki, Azərbaycanın şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi bu ölkəni qlobal layihələrin həyata keçirilməsində əsas iştirakçılardan birinə çevirir və çoxlu sayda yaxın və uzaq ölkələrlə iqtisadi, ticari və mədəni əlaqələrin qurulmasına əlverişli imkanlar açır. Səfir Hindistanın da Azərbaycanla geniş əlaqələri olan ölkələrdən olduğunu və gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb. Sonra səfir tanışlıq məqsədilə Lənkəran Dövlət Universitetində olub, Heydər Əliyev parkına, Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, tarix-diyarşünaslıq müzeyinə, Lənkəran konserv zavoduna, “Cənub Aqro”MMC-nin çəltik zavoduna, “Azərxalça”-nın Lənkəran filialına və “Green East” MMC-nin çəltik plantasiyasına baş çəkib.  Həmin gün axşam 21 iyun beynəlxalq yoqa günü münasibətilə Heydər Əliyev xatirə parkında yoqa ustalarının ifasında 5-ci yoqa sessiyası üzrə xüsusi təmrinlər nümayiş etdirilib.Tamaşaçılar bu təmrinləri alqışlarla qarşılayıblar. Tədbirdə iştirak edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edib sessiya iştirakçılarını salamlayıb və tədbirin Lənkəran şəhərinin ictimai-siyasi həyatında əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. İyunun 20-də Hindistanın səfiri Lənkəran çay fabrikində emal prosesi, Sutamurdov kəndində “Hallobonq” sortlu sitrus plantasiyası, Lənkəran Olimpiya İdman Kompleksi, “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyaları, “İstisu” Sağlamlıq Mərkəzində yaradılan müalicə və istirahət şəraiti ilə tanış olub, Hirkan və Qızılağac  Milli paklarına və Xanbulançay dəryaçasına baxmışdır.

Keçidlər