Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi
14 iyun 2019-cu il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə əlaqədar “ Zəfər Günü” adlı tədbir keçirildi.Tələbə-gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq Milli Qurtuluş gününün Azərbaycan xalqının taleyində ən əlamətdar bir gün olduğunu bildirdi. O, çıxışında qeyd etdi ki, bu gün bu yol, bu inkişaf, bu tərəqqi Ümummilli Lİder Heydər Əliyevin 1993-cü ildə Azərbaycana qayıtması, qurtuluş məfkurəsinin Azərbaycanda əsasının qoyulması və qurtuluşdan sonra başlanılan Heydər Əliyev siyasətinin bilavasitə nəticəsidir.Daha sonra çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bir daha öz çıxışında Qurtuluş Gününün Azərbaycanın müstəqilliyinin başlanğıcı, möhkəmlənməsi günü olduğunu və bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolunu özündə canlandıran film nümayiş olundu.