Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın ucqar dağ kəndi Gəgiran kəndində səyyar qəbul-görüş

12 iyun 2019 | 16:00

  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iyunun 12-də rayon mərkəzindən kifayət qədər uzaqda, çətin təbii şəraitə malik dağlıq ərazisində yerləşən Gəgiran kəndində səyyar qəbul-görüş keçirib. Səyyar qəbul-görüşdə İcra aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilərək qaldırdıqları məsələlər yerindəcə araşdırılıb.  Səyyar qəbula görə razılıqlarını bildirən sakinlər onların müraciətlərinin yerindəcə araşdırılmasına, mövcud problemlərin həlli ilə bağlı görülən işlərə görə ölkə prezidentinin ünvanına minnətdarlıq ifadə ediblər. Onlar rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri və əvvəlki görüşlər zamanı qaldırdıqları məsələlərin həllini tapmasını, xüsusilə İnzibati ərazi dairəsinin Jidi və Gəgiran kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılmasını yüksək dəyərləndirərək bunları dövlətin vətəndaşlarına qayğısı kimi onlara məmnunluq verdiyini qeyd ediblər.Qəbul-görüşü yekunlaşdıran İcra başçısı sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.

Keçidlər