Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Gənclərin hərbi xidmətə həvəsləndirilməsi və əsgər həyatı ilə yaxından tanışlığı məqsədi ilə “N” saylı hərbi hissəyə ekskursiyası təşkil edildi

01 dekabr 2012 | 16:00

“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2-ci bəndinə uyğun olaraq gənclərin hərbi xidmətə həvəsləndirilməsi və əsgər həyatı ilə yaxından tanışlıq məqsədi ilə Lənkəran şəhər Gənclər və İdman idarəsinin kollektivi ilə birgə Yeniyetmə gənclər N saylı hərbi hissəyə ekskursiya təşkil edildi. Ekskursianın əsas məqsədi əsgər həyatı ilə yaxından tanışlıq idi.Tədbirdə 30-a yaxın istedadlı və fəal gənc iştirak etmişdir.
Tədbirdə vətənpərvərlik mövzusunda və hərbi xidmət haqqında məlumat verildi. Daha sonra gənclər hərbi hissənin dərs otaqları, tibbi sanitariya otaqları, idman zalları, yeməkxana və yataq otaqları ilə yaxından tanış oldular. Hərbi hissənin özfəaliyyət dərnəyi tərəfindən şagirdlərə maraqlı konsert proqramı nümayiş olundu.
Sonda yeniyetmə və gənclər hərbi hissə rəhbərliyinə, Lənkəran şəhər Gənclər və İdman idarəsinə mütamadi belə görüşlərin keçirilməsinə, gənclərin vətənpərvərlik ruhunun dahada artırılmasına görə dərin minnətarlığını bildirdilər.
 

Keçidlər