Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV FONDU LƏNKƏRANDA İFTAR SÜFRƏSİ AÇIB

31 may 2019 | 16:00

    Mayın 31-də Heydər Əliyev Fondu tərəfindən Lənkəran şəhərinin “Şah” şadlıq sarayında Ramazan bayramı ilə əlaqədar iftar sürfəsi açılıb.
Rayonda yaşayan şəhid ailələri üzvlərinin, əlil şəxslərin, müharibə veteranlarının, din xadimlərinin və mömin şəxslərin, ümumilikdə 350 nəfərin iştirak etdiyi iftar süfrəsində xeyriyyəçilik aksiyalarının keçirilməsində və sosial qayğıya ehtiyacı olan insanlara köməkliyin göstərilməsində Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi ibrətamiz layihələr yüksək dəyərləndirilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğu qeyd olunub, ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, Ulu Öndər Heydər Əliyevin,  torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

Keçidlər