Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə tədbir keçirildi

28 may 2019 | 16:00

  28 may 2019-cu il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin Varisidir” adlı “Breyn ring” intellektual yarışı keçirildi.
Tədbir öncəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tələbə  gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq  gələn qonaqları bu əlamətdar gün münasibətilə təbrik etdi və çıxışında xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış 28 May 1918-ci il tarixinin hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gün olduğunu diqqətə çatdırdı. Bildirildi ki, “Breyn ring” oyunun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq və onların asudə vaxtlarının səmərəli keçililməsini təşkil etməkdən ibarətdir.  Daha sonra gənclərdən ibarət olan komandalar öz bilik və bacarıqlarını və intellektual səviyyələrini  sınadılar. Yarışın yekununda nominasiyalar üzrə qaliblərə Heydər Əliyev Mərkəzi tərəfindən diplomlar təqdim olundu.

 

 

 

Keçidlər