Lənkəran rayonunun Şıxəkəran kəndində səyyar qəbul
Mayın 22-də Lənkəran rayonunun Şıxəkəran kəndində ŞİH başçısı Taleh Qaraşovun səyyar qəbul görüşü keçirilib.
İcra aparatının məsul işçilərinin, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçən qəbul-görüşdə müraciət edən vətəndaşların qaldırdıqları məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə araşdırılıb və həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib. Kənd sakinləri səyyar qəbula görə razılıqlarını bildirərək onların müraciətlərinin yerindəcə araşdırılmasını, mövcud problemlərin həlli ilə bağlı dövlət səviyyəsində görülən işlərə görə ölkə prezidentinə minnətdarlıqlarını səsləndiriblər. Çıxışlarda vətəndaşlar əvvəlki görüşlər zamanı müraciətlərində qaldırdıqları məsələlərin vaxtında həll olunmasını, kənddə ən müasir tələblərə cavab verən yeni məktəb binasının tikintisini, yolların əsaslı təmirini, içməli su xəttinin çəkilməsini, elektrik təsərrüfatının yenilənməsini, kəndin başdanbaşa qazlaşdırılmasını ölkə başçısının həyata keçirdiyi sosial siyasətin bəhrəsi olduğunu qeyd edərək bu siyasətdən məmnun olduqlarını bildiriblər.