Lənkəranda sakinlər səyyar qəbulları razılıqla qarşılayırlar
Mayın 15-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov rayonun Xanbulan kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib. İcra aparatının məsul işçilərinin, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi qəbulda sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər yerindəcə araşdırılaraq həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Səyyar qəbula görə razılıqlarını bildirən sakinlər vətəndaş müraciətlərinin diqqətlə araşdırılması, onları narahat edən problemlərin həlli ilə bağlı dövlət səviyyəsində görülən işləri yüksək dəyərləndiriblər. Çıxışlarda müxtəlif məsələlərlə bağlı arzu və təkliflər səsləndirilməklə yanaşı inzibati ərazi dairəsinə daxil olan kəndlərdə çoxmənzilli yaşayış binalarının dam örtüklərinin əsaslı təmirinə, əhalinin maddi-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qəbul olunan qərarlara, ən ucqar kəndlərdə müasir yol infrastrukturunun qurulmasına, yeni məktəblərin tikilməsinə və kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dəstəyə görə ölkə başçısına minnətdarlıq ifadə olunub.