Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ XOLMİLİ KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞÜ KEÇİRİLDİ

30 noyabr 2012 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul- görüşünü noyabrın 29-da Xolmili kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Xolmili kənd inzibati ərazi dairəsinin nümayəndəsi Amil Əliyev və Xolmili bələdiyyəsinin sədri Tabir Hüseynov kənddə yaşayan əhali, onların məşğuliyyəti barədə məlumat verdilər, bir sıra mövcud problemləri İcra başçısının diqqətinə çatdırdılar.
Sonra kənd sakinlərindən Ağsaqqallar Şurasının sədri İsmayıl Bağırov, Dini İcmanın sədri Həmzə Babayev, kənd orta məktəbinin müəlliməsi Yeganə Bağırova, təqaüdçü-müəllim Müzəffər Dadaşov çıxış edərək respublikamızda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı tədbirlərdən, o cümlədən Lənkəran rayonunda aparılan tikinti, abadlıq və yenidənqurma işlərindən danışdılar, cənab Prezidentin müvafiq sərəncamına əsasən Şürük-Vel-Qamışovka yolunun, o cümlədən, Xolmili kəndinin ərazisindən keçən magistral yolun asfaltlaşdırılmasından fərəhlə söz açdılar, bunun bütün kənd sakinlərinin hədsiz sevincinə səbəb olduğunu qeyd etdilər.
Sonra ayrı-ayrı sakinlər bir sıra şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Vətəndaşları diqqətlə dinlədikdən sonra İcra başçısı Taleh Qaraşov yekun nitqində bildirdi ki, Avropada, dünyanın inkişaf etmiş bir sıra ölkələrində baş verən iqtisadi böhrana, inflyasiyaya baxmayaraq Azərbaycan dinamik inkişaf yolundadır. Ölkədəki sabitliyə görə Azərbaycan dünyanın ilk 10 dövləti sırasındadır. Respublikamızın bütün regionlarında olduğu kimi, Azərbaycanın dilbər guşələrindən olan Lənkəran rayonunda da sosial-iqtisadi inkişaf sürətlə davam edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində qeyri-neft sektoru sürətlə inkişaf edir. Azərbaycanın valyuta ehtiyatları hazırda 40 milyard manatı keçmişdir. İnsan amili faktoru dövlət başçısının siyasətinin əsasını təşkil edir. Bu baxımdan respublikamızda sosial proqramlar uğurla icra edilir.
Taleh Qaraşov daha sonra Lənkəranda aparılan tikinti və yenidənqurma işlərindən ətraflı danışdı, əhalini narahat edən problemlərin həlli istiqamətində ardıcıl tədbirlərin görüldüyünü xüsusi vurğuladı, ilin sonunadək Lənkəranda daha bir sıra yaşayış məntəqələrinin təbii qazla təmin ediləcəyini əminliklə söylədi, bugünkü görüş zamanı vətəndaşlar tərəfindən irəli sürülən təkliflərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi, möhtərəm Prezidentimizin daxili və xarici siyasətinə həmişə sadiq qalan lənkəranlıları bundan sonra da dövlət başçımızın ətrafında sıx birləşməyə çağırdı.
 

Keçidlər