Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Dövlət Universitetində “Öz biznesinə başla” mövzusunda seminar-təlim keçirilmişdir

26 aprel 2019 | 16:00

  26 Aprel 2019-cu il tarixdə Lənkəran Dövlət Universitetində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin Lənkəran Dövlət Universiteti ilə birgə təsdiq etdiyi tədbirlər planına əsasən tələbə gənclər üçün Elvin Dadaşsoyun təlimçiliyi ilə “Öz biznesinə başla” mövzusunda seminar-təlim keçirilmişdir.Tədbirdə Lənkəran Dövlət Universitetinin  Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dos. İdrak Əsgərov, Sosial məsələlər üzrə prorektor dos. Kamran Kazımov, Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov, idarənin rəis müavini Elbəy Fətəliyev, universitetin müəllim və tələbə heyyəti və idarənin əməkdaşları iştirak etmişdirlər.Tədbiri giriş sözü ilə açan universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru  dos. İdrak Əsgərov tədbir iştirakçılarını salamlamış, seminarın mahiyyəti və əhəmiyyəti haqqında tələbələrə məlumat vermişdir. Daha sonra tədbir təlimçinin spikerliyi ilə mövzu ətrafında tələbələri maraqlandıran suallarla davam etmişdir.Tədbir cənab prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının 5.3.4-cü yarımbəndinin (Gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi) icrasını təmin etmək məqsədilə keçirilmişdir.Tədbirdə ümumilikdə 150 nəfərdən çox tələbə iştirak etmişdir.

Keçidlər