Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Aprel şəhidlərinin xatirəsinə güləş turniri

26 aprel 2019 | 16:00

 26 aprel 2019-cu il tarixdə Lənkəran Olimpiya İdman Kompleksində 2016-cı ilin aprel döyüşlərində erməni işğalçı ordusuna qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə turnirə start verilib.  Bu münasibətlə keçirilən açılış mərasimində Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev, İcra aparatının rəsmiləri, şəhidlərin valideynləri, Qarabağ müharibəsi əlilləri və veteranları, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Dövlət himninin səslənməsi ilə başlanan  mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq ruhlarına dualar oxunub.İcra başçısının birinci müavini Möhübbət Babayev mərasimi açaraq İcra başçısının adından şəhidlərin valideynlərini və idmançıları salamlayıb. Şəhid valideynləri Veysəlov Laim, Ağayev İbrahim və Aprel döyüşlərində yaralanaraq əlil olmuş Ümmətov Ramin öz çıxışlarında şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və şəhər İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. İki gün davam edəcək turnirdə Bakı, Sumqayıt, Lənkəran şəhərlərini, Cəlilabad, Lerik, Masallı və Zəngilan rayonlarını təmsil edən 100-dək güləşçi qüvvəsini sınayacaq.

 

Keçidlər