Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Viravul kəndində səyyar qəbul keçirildi

17 aprel 2019 | 16:00

   Aprelin 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Viravul kəndində keçirib. Qəbul zamanı sakinlər vətəndaş müraciətlərinə baxılması, narahatçılıq yaradan problemlərin həlli ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirdiklərini və ölkə Prezidentinin apardığı siyasəti, böyük uğurla həyata keçirdiyi sosial islahatları ürəkdən bəyəndiklərini diqqətə çatdırıblar. Rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini qeyd etməklə yanaşı kənd sakinləri dövlətin qayğısı ilə aqrar sahədə də işlərin sürətləndiyini, kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artdığını, ərazidə 139 hektarda taxılın, 280 hektarda tərəvəzin, 32 hektarda kartofun, 52 hektarda bostan bitkilərinin,112 hektarda yüksək keyfiyyətli çəltiyin əkildiyini, 3875 baş iribuynuzlu, 1100 baş xırdabuynuzlu mal-qaranın saxlanıldığını, 60 kq barama məhsulunun istehsalını bu qayğının bəhrəsi kimi dəyərləndiriblər. Çıxışlarda minimum əmək haqqının, pensiya və müavinətlərin artırılmasına, problemli kreditlərlə bağlı qəbul olunan ədalətli qərarlara görə cənab Prezidentə minnətdarlıq ifadə olunub. 
   Sakinlər tərəfindən razılıqla qarşılanan səyyar qəbulda səsləndirilən problemli məsələlərə aydınlıq gətirilib, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Keçidlər