Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏRİNİN CƏNUB HİSSƏSİNƏ VƏ BOLADİ KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ

29 noyabr 2012 | 16:00

Noyabrın 28-də Lənkəran şəhərinin cənub hissəsinə və Boladi kəndinə 20 illik fasilədən sonra təbii qazın verilməsi bərpa edildi. Bu münasibətlə hər iki yaşayış məntəqəsində təntənəli açılış mərasimləri keçirildi.
Gündüz saat 15 radələrində şəhərin cənub hissəsini əhatə edən “Qala Xiyabanı”nda keçirilən mitinqi Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev açaraq bu münasibətlə əhalini təbrik etdi. İcra rəsmisi bildirdi ki, şəhərin cənub hissəsində yaşayan 668 abonentin mənzilinə təbii qazın verilməsi bu gündən etibarən bərpa edilib. Bu münasibətlə sakinləri təbrik edən M. Babayev onların adından Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə minnətdarlığını bildirdi.
Sonra məhəllə sakinlərindən Nəzər Nəzərov, Tofiq Məcidov və Ruhəngiz Həsənova çıxış edərək əhali adından ölkə başçısına, ŞİH-nin başçısı Taleh Qaraşova və təbii qazın çəkilişində zəhməti olanlara ən səmimi arzularını bildirdilər.
Məhəllə sakinlərini təbrik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında bildirdi ki, artıq 20 il idi ki, məhəllə sakinləri bu günü səbirsizliklə gözləyirdilər. Bu sevinci sizlərə bəxş etdiyi üçün bütün sakinlər adından möhtərəm prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
İcra başçısı daha sonra rayonumuzun daha 31 yaşayış məntəqəsində təbii qazın verilişi üçün işlərin sürətlə getdiyini diqqətə çatdırdı, cənab Prezidentin Lənkəranla bağlı imzaladığı dörd sərəncamın əhəmiyyətindən bəhs etdi və xüsusi vurğuladı ki, bütün bunlar ölkə başçımızın Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Taleh Qaraşov həmçinin əlavə etdi ki, Mərkəzi Rayon Xəstəxanasında yenidənqurma işləri sürətlənəcək, Gənclər Evinin tikintisi Avropa standartları səviyyəsinə uyğun aparılır, Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin əsaslı şəkildə yenidən qurulması həyata keçiriləcək, 2014-cü ilini sonunadək şəhərimizin və şəhərətrafı 7 kəndin içməli su problemi öz həllini tapacaqdır. Lənkəranın siması əsaslı şəkildə gözəlliyə və yeniliyə doğru dəyişəcək. Bütün bu və digər tədbirlər cənab Prezidentin Lənkərana göstərdiyi xüsusi qayğının və diqqətin təzahürüdür.
Taleh Qaraşov sonda bir daha bu günkü əlamətdar hadisə münasibəti ilə əhalini təbrik etdi və rəmzi məşəli alovlandırdı.
Noyabrın 28-də saat 16 radələrində Boladi kəndində də “mavi alov”un istifadəyə verilməsi münasibətilə keçirilən mitinqi ŞİH başçısının Boladi inzibati ərazi dairəsində nümayəndəsi İlqar Mehdiyev açaraq bildirdi ki, indiyədək kəndimizdə 1638 abonent üçün sayğac quraşdırılmışdır. İlkin mərhələdə, yəni bu gün 283 abonentin mənzilinə təbii qazın verilməsi bərpa ediləcək.
Sonra çıxış edən ayrı-ayrı kənd sakinləri bu əlamətdar hadisə münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova, ARDNŞ-nin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə, qazın çəkilişində zəhməti olan mühəndis-texniki işçilərin hamısına Boladi kənd sakinləri adından minnətdarlıqlarını bildirdilər.
Əhalini təbrik edən İcra başçısı Taleh Qaraşov dedi ki, bu gün 20 illik fasilədən sonra yenidən sizin məişətinizə daxil olan təbii qaz hər birinizə sevinc gətirsin, mənzillərinizdə “mavi alov” əbədi şölələnsin. Təbii qaz rahatlıq, təmizlik və nadir meşələrin qırılmasının qarşısının alınması deməkdir.
İcra başçısı daha sonra əlavə etdi ki, bu ilin sonunadək rayonumuzda daha 13 böyük yaşayış məntəqəsini təbii qazla təmin edəcəyik. Növbəti mərhələdə daha 18 yaşayış məntəqəsinə mavi yanacağın verilməsi bərpa ediləcək.
Taleh Qaraşov daha sonra cənab Prezidentin Lənkəranın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı dörd sərəncamın əhəmiyyətindən danışdı, Lənkəranda aparılan genişmiqyaslı yenidənqurma işlərindən söz açdı. Bütün bunlar cənab Prezidentin Lənkərana və lənkəranlılara göstərdiyi sonsuz diqqət və qayğının, məhəbbətin bariz nümunəsi olduğunu xüsusi vurğuladı.
İcra başçısı sonda təbii qazın açılışını bildirən məşəli alovlandırdı.
 

Keçidlər