AZƏRBAYCANIN 10 MİLYONUNCU VƏTƏNDAŞININ DOĞULMASI LƏNKƏRANDA BAYRAM ƏHVAL-RUHİYYƏSİ İLƏ QEYD OLUNUB
08 aprel 2019 | 16:00
Aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra hakimiyyəti aparatının rəsmiləri, rayonun idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri, ümumilikdə 500 nəfər iştirak edib.
Aksiya zamanı şəhərin Heydər Əliyev prospektində, Hirkan və Xanbulan qəsəbələri ərazisində, rayon Telekommunikasiya qovşağının ərazi müəssisələrində, magistral yollarda 2500 ədəddən çox eldar şamı, sərv, küknar və müxtəlif növ həmişəyaşıl ağaclar əkilib.
Qeyd edək ki, aprelin 7-də Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi şərəfinə həmçinin şəhərin Heydər Əliyev Xatirə Parkında incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert keçirilib.