Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın dağ kəndində səyyar qəbul keçirildi

29 mart 2019 | 16:00

        29 mart 2019-cu il tarixdə Lənkəran rayonunun ən ucqar dağ kəndlərindən olan  Bəliton kəndində İcra başçısı növbəti səyyar qəbul görüşünü keçirib. İcra aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət  idarələri rəhbərlərinin iştirak etdiyi görüşdə Bəliton kənd inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin sakinlərinin ərazinin sosial-iqtisadi inkişafı, mədəni quruculuq və fərdi məsələlərlə bağlı müraciətləri dinlənilmiş, səsləndirilən məsələlər yerindəcə araşdırılaraq həllindən ötrü mövcud imkanlar müəyyənləşdirilmiş, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülmüşdür. Səyyar qəbula görə minnətdarlıqlarını bildirən sakinlər xalqın rifah halının yaxşılaşdılması ilə bağlı dövlət başçısının həyata keçirdiyi sosial siyasətdən razılıqlarını ifadə edərək onlara göstərilən dövlət qayğısından ruhlandıqlarını bildiriblər. Çıxışlarda kənddə ən müasir kompyuter texnologiyaları ilə təchiz olunmuş ikimərtəbəli təzə məktəb binasının tikilib istifadəyə verilməsi, yaşayış məntəqələrinə elektrik enerjisinin fasiləsiz  verilməsi, sakinlərin gündəlik olaraq istifadə etdikləri Lənkəran-Vilvan-Osakücə-Türkəncil magistral avtomobil yolunun başdanbaşa asfaltlanması, həmin yolda onlarla körpünün salınması, kənddaxili yolların cari təmiri, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dəstəyin bu qayğıya bariz nümunə olduğu vurğulanıb.

 

Keçidlər