Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Novruz bayramına həsr olunmuş boks idman növü üzrə açıq rayon birinciliyi keçirildi.

24 mart 2019 | 16:00

        22 - 24 mart 2019-cu il tarixlərdə Cənub Regional Boks Mərkəzində Novruz bayramına həsr olunmuş boks idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sadiq Həmidov tədbirin zona və respublika birinciliklərinə rayon idmançılarını hazırlamaq, eləcə də idmançılar arasında dostluq münasibətləri yaratmaq məqsədilə keçirilidiyini bildirmiş və bütün idmançıları bayram münasibəti ilə təbrik etmişdir. Daha sonra çıxış edənlər  yarışda iştirak edən gənc idmançılara öz tövsiyələrini bildirmiş, onlara öz təbriklərini çatdırmışlar. Elnur Hacıyevin baş hakimliyi ilə idarə olunmuş yarışda 2003-2004, 2005-2006 və 2007-2008-ci il təvəllüdlü idmançılar birincilik uğrunda mübarizə aparmışlar. Açıq rayon birinciliyində Lənkəran, Astara, Masallı, Cəlilabad, Neftçala rayonlarının və Bakı şəhərinin komandalarının tərkibində 140 idmançı iştirak etmişdir.Yarışın son nəticələrinə görə ümumi hesabla Lənkəran rayon komandası I, Cəlilabad II, Masallı rayon komandası isə III yeri əldə etmişdir.Sonda 1-ci, 2-ci və 3-cü yeri əldə etmiş idmançılar diplom və medallarla təltif edilmişdir.

Keçidlər