Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Şağlaküçə kəndində sakinlərlə görüşdü

18 mart 2019 | 16:00

Ölkə rəhbərliyinin vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılması,  səsləndirilən problem məsələlərin ətraflı araşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələr Lənkəran Şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Bununla bağlı şəhər İcra hakimiyyətində İcra başçısı, başçının müavinləri və şöbə müdirləri tərəfindən keçirilən qəbullardan başqa qabaqcadan tərtib və elan olunmuş qrafikə uyğun olaraq ayrı-ayrı yaşayış yerlərində vətəndaşlar tərəfindən razılıqla qarşılanan səyyar qəbullar da keçirilir. Belə səyyar qəbullar mövcud vəziyyətlə, həllini gözləyən problemlərlə yerindəcə tanış olmağa və onları vaxtında aradan qaldırmağa imkan yaradır.  İcra başçısının qrafik üzrə növbəti səyyar qəbul-görüşü martın 18-də rayonun Şağlaküçə kənd sakinləri ilə keçirilib.  İcra başçısını, İcra aparatının rəsmilərini, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət  idarələri rəhbərlərini sevinc hissi ilə qarşılayan sakinlər səyyar qəbula görə minnətdarlıqlarını bildirərək kəndin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Görüşdə çıxış edən vətəndaşlar xalqın rifah halının yaxşılaşdılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən verilən fərman və sərəncamları, xüsusilə dövlət başçısının Novruz bayramı ərəfəsində imzaladığı əfv fərmanını əsl humanizm nümunəsi hesab etdiklərini ifadə ediblər. Onlar dövlət qayğısından ruhlanaraq  torpağa daha çox bağlandıqlarını, çalışdıqları sahələrdə fəal olduqlarını, xüsusilə kənd təsərrüfatı işlərinin sürətləndiyini, məhsul istehsalının çoxaldığını, gəlirlərinin artdığını xüsusi qeyd ediblər.  Görüşün sonunda kənd sakinlərini Novruz bayramı münasibətilə təbrik edən Icra başçısı qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər