Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

NİDERLAND KRALLIĞININ AZƏRBAYCANDAKI SƏFİRİ LƏNKƏRANA SƏFƏR ETMİŞDİR

29 noyabr 2012 | 16:00

Noyabrın 28-də Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlinde və onun xanımı Lənkəran rayonuna səfər etmişlər.
Səfir Arjen Peter Uijterlinde Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşmüşdür. Taleh Qaraşov görüş zamanı xarici diplomata Lənkəran rayonu haqqında ətraflı məlumat vermişdir.
İcra başçısı bildirmişdir ki, subtropik iqlimə malik rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Azərbaycanın iqtisadi qüdrətinin artması qeyri-neft sektorunun, o cümlədən aqrar bölmənin inkişafı üçün geniş imkanlar yaratmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq rayonda çayçılığın inkişafı, sitrus və subtropik meyvələrin istehsalı sahəsində uğurlu nəticələr qazanılmış, yeni emal müəssisələri yaradılmışdır.
İcra başçısı daha sonra əlavə etmişdir ki, hazırda Lənkəran rayonunda 5 çay fabriki, 2 konserv zavodu, 2 balıq emalı müəssisəsi, süd, dondurma və pivə emalı zavodları fəaliyyət göstərir.
Görüşdə, həmçinin, niderlandlı qonağa Lənkəran rayonunun turizm potensialı barədə məlumat verilmişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Arjen Peter Uijterlinde ikinci dəfə Lənkərana səfər etdiyini vurğulamış, ölkəsinin Lənkəran rayonu ilə əməkdaşlıq etməsində maraqlı olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Lənkəran rayonunda gülçülük təsərrüfatının yaradılması, sahil-bərkitmə işlərinin aparılması ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.
Niderland Krallığının ölkəmizdəki səfiri Arjen Peter Uijterlinde Lənkəran Şəhər İcra Hakimiyyətinə Niderland haqqında azərbaycan dilində nəfis şəkildə tərtib edilmiş kitab-albomu təqdim etmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən isə qonağa “Lənkəran” xalçası hədiyyə edilmişdir.
Həmin gün səfir Arjen Peter Uijterlinde Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Həzi Aslanov Parkında, Xan Sarayında, Soyqırım Parkında, “Pal-süd” müəssisəsində, “Gilan” konserv zavodunda olmuş, “Cənub” MMC-nin parnik təsərrufatında Hollandiyadan gətirilmiş pomidor toxumunun yetişdirilməsi ilə yaxından tanış olmuşdur.

 

Keçidlər