Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Novruz yarmarkası mart ayının 20-dək davam edəcək.

16 mart 2019 | 16:00

Martın 16-da Lənkəranda Novruz bayramı ilə əlaqədar ərzaq və yeyinti məhsullarının növbəti satış-yarmarkası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan yarmarkada əhalinin sərbəst alış-verişi üçün lazım olan şərait yaradılıb. Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri, fərdi təsərrüfatlarında yetişdirdikləri məhsulları satan yerli vətəndaşlar iştirak edib. Səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına uyğun olaraq ümumilikdə 35 tondan çox müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, meyvələr  və şirələr çıxarılıb. Ekoloji təmizliyi ilə seçilən bu məhsulların qiymətlərinin bazar qiymətlərindən 20-25 faiz aşağı olmasını rayon sakinləri tərəfindən  razılıqla  qarşılanıb. Bayram yarmarkası mart ayının 20-dək davam edəcək.

Keçidlər