Lənkəranda 8 Mart- Beynəlxalq qadınlar bayramı qeyd olundu
Şənlikdə Lənkəran ŞİH başçısı aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçiləri, qadın təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən şənlikdə İcra başçısı Taleh Qaraşov çıxış edib ölkədə qadınların ictimai-siyasi həyatda fəal mövqe tutduqlarını, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə başlamış qadın hərakatının cənab Prezident İlham Əliyevin səyi ilə daha da geniş vüsət aldığını qeyd edib. Natiq birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi nümunəsində qadınların ölkənin inkişafında rolunun daha da artdığını diqqətə çatdırmaqla rayon qadınlarını bayram münasibətilə təbrik edib onlara ən xoş arzularını bildirib. Sonra İcra başçısı rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup ictimai-fəal qadına Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.
Rayonun bədii özfəaliyyət kollektivlərinin və uşaq musiqi məktəbləri şagirdlərinin ifasında səslənən konsert proqramı şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.