İcra başçısının Şiləvar kəndində səyyar qəbulu
Növbəti səyyar qəbul-görüş 6 mart 2019-cu il tarixdə rayonun Şiləvar kəndində keçirilib.
İcra başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçən qəbul-görüşdə inzibati ərazi dairəsinin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə bağlı sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb. Qəbul zamanı vətəndaş müraciətlərinə diqqətin artırılmasından, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşılmasından razılıq ifadə edən sakinlər həyata keçirilən quruculuq-abadlıq işlərinə, yol infrastrukturunun yaxşılaşdırılmasına, aqrar sahədə görülən işlərə verilən dəstəyə görə ölkə Prezidentinə minnətdarlıqlarını ünvanlayıblar. Onlar maddi-məişət şəraitinin yaxşılaşdılması ilə bağlı qəbul olunan qərarları, minimum əmək haqqının, minimum əmək pensiyalarının, müxtəlif təqaüd və müavinətlərin artırılmasını, xüsusilə şəhid ailələrinə birdəfəlik müavinətlərin ödənilməsini, problemli kreditlər məsələsinin həllinə göstərilən köməkliyi dövlətin vətəndaşlarına əvəzsiz qayğısı kimi yüksək dəyərləndiriblər. Görüşün sonunda Icra başçısı verilən təkliflər və qaldırılan məsələlərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.