Dini radikalizmin profilaktikasına həsr olunmuş zona toplantısı
06 mart 2019-cu il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş zona toplantısı keçirilimişdir.Tədbirdə 9 rayondan ümumilikdə 200 nəfər iştirak etmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir.Daha sonra çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirmişdir ki,tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi daşıyır. Daha sonra çıxış edənlər: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov,Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və digərləri ölkəmizdə sabit,multikultural və tolerant bir mühitin bərqərar olunduğundan danışmaqla mövzu ətrafında öz fikirlərini bildirdilər.Sonda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sifarişilə çəkilmiş "Şəhadət" filmi nümayiş etdirildi.