Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Novruz yarmarkalarına start verildi

02 mart 2019 | 16:00

Martın 2-də Lənkəranda Novruz bayramı ilə əlaqədar ərzaq və yeyinti məhsullarının satış yarmarkalarının keçirilməsinə başlanılıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan satış yarmarkasında vətəndaşların sərbəst alış-verişi üçün lazımi şərait yaradılıb. Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri, fərdi təsərrüfatlarında yetişdirdikləri məhsulları satan yerli vətəndaşlar iştirak edib. Səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına uyğun olaraq ümumilikdə 30 tondan çox müxtəlif növ ərzaq məhsulları, yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, digər meyvələr  və meyvə şirələri çıxarılıb. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətlərinin bazar qiymətlərindən 20-25 faiz aşağı olmasını sakinlər razılıq hissi ilə qarşılayıblar.
 İcra hakimiyyətinin rəsmi şəxsləri yarmarkaya baş çəkərək məhsulların  keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.
Bayram yarmarkaları hər həftənin şənbə və bazar günlərində təşkil olunmaqla Novruz bayramı günlərinədək davam edəcəkdir.

Keçidlər