Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Separadi kəndində səyyar qəbul

27 fevral 2019 | 16:00

Vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılması, qaldırılan problem məsələlərin yerindəcə araşdırılıb həlli  ilə bağlı ölkə başçısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyəti  tərəfindən kompleks tədbirlər həyata keçirilir. Şəhər İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı İcra başçısı tərəfindən davamlı olaraq ayrı-ayrı  yaşayış yerlərində, xüsusilə  ucqar kəndlərdə səyyar qəbul-görüşlər keçirilir, sakinləri narahat edən məsələlər həll olunur, fərdi müraciətlərlə bağlı müvafiq tədbirlər görülür.        Növbəti belə səyyar qəbul-görüş fevralın 27-də rayonun Separadi kəndində keçirilib. İcra başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət  idarələri rəhbərlərinin iştirak etdiyi görüşdə vətəndaşlar onların həyat şəraitinin yaxşılaşdılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən qəbul olunan qərarlardan razılıqlarını ifadə etmiş və  minimum əmək haqqının, minimum əmək pensiyalarının , müxtəlif müavinətlərin artırılmasının, eləcə də, şəhid ailələrinə birdəfəlik müavinətlərin ödənilməsinin bütün ölkə vətəndaşları kimi Separadi inzibati ərazi dairəsində yaşayan sakinlərin də maddi-məişət şəratini daha da yaxşılaşdıracağını minnətdarlıqla qarşıladıqlarını diqqətə çatdırıblar. Onlar ərazidə yol infrastrukturunun yaxşılaşdırılmasını, ən müasir tələblərə cavab verən məktəb binalarının tikilib istifadəyə verilməsini, kənd təsərrüfatında çalışan sahibkarlara verilən dəstək hesabına əkin sahələrinin ilbəil genişlənməsini,100 hektar sahədə 92 min tingdən ibarət yeni sitrus bağlarının salınmasını, burada yüzlərlə kənd sakininin işlə təmin olunmasını ölkə Prezidentinin həyata keçirdiyi sosial siyasətin bəhrəsi olduğunu vurğulayıblar.          Görüşün sonunda İcra başçısı verilən təkliflər və qaldırılan məsələrlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər