Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA XOCALI SOYQIRIMININ 27-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

26 fevral 2019 | 16:00

 

26 fevral 2019-cu il tarixdə Lənkəran şəhərində Azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı "Ana heykəli" qarşısında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
 Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, tələbə-gənclər, hərbi hissələrin şəxsi heyətləri abidə-kompleksinin önünə gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Xocalı soyqırımının 27-ci ildönümünün qeyd olunması barədə sərəncamına əsasən rayonun idarə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında Xocalı soyqırımına həsr edilmiş dərslər, anım tədbirləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilib,  faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.

Keçidlər