Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Qurumba kəndində səyyar qəbul-görüş

20 fevral 2019 | 16:00

Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü 20 fevral 2019-cu il tarixdə dağlıq ərazidə yerləşən Qurumba kəndində  keçirib.    

 Şəhər İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirak etdiyi görüşdə sakinlər onları narahat edən məsələlərdən söz açarkən Lənkəran şəhərinin və rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri də yüksək qiymətləndirməklə bərabər ölkədə maaşların, pensiya və müavinətlərin növbəti dəfə artırılmasına, minimum əmək haqqının 180 manata qaldırılmasına görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Onlar inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin kütləvi şəkildə qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, Qurumba kəndində yeni məktəb binasının tikilib istifadəyə verilməsi, eyni zamanda ərazidən keçən Lerik-Lənkəran yolunun əsaslı təmiri və Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsinin  bu ərazidə yaşayan sakinlərin də rahatlığı üçün gözəl şərait yaratdığı barədə razılıqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, aqrar sahədə çalışan sahibkarlara  tətbiq olunan güzəştlər, verilən subsidiyalar ölkə Prezidentinin əvəzsiz qayğısı kimi hər bir kənd əməkçisində öhdəsində olan torpaq sahəsindən daha səmərəli istifadə etməyə həvəsləndirib.  Qeyd olunub ki, ötən il ərazidə sitrus bağlarından və yerli təsərrüfatlardan bol məhsul yığılıb, iribuynuzlu və xırdabuynuzlu heyvanların, arı ailələrinin sayı çoxalıb,  sakinlərin gəlirləri də artıb, maddi vəziyyətləri veyli yaxşılaşıb.
 Görüşə görə təşəkkürlərini bildirən sakinlər ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti tamamilə dəstəklədiklərini, radikal müxalifətin ölkədə  sabitliyi pozmağa yönələn hərəkətlərini qəti şəkildə pislədiklərini xüsusi qeyd ediblər.      

 Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən səsləndirilmiş fərdi müraciətlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

Keçidlər