Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısının Havzova kəndində səyyar qəbulu keçirildi

13 fevral 2019 | 16:00

 

13 fevral 2019-cu il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbulunu rayonun ən ucqar yaşayış məntəqələrindən olan Havzovada keçirib.      
 Şəhər İcra hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər araşdırılmaqla inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilib.            
 Görüş zamanı sakinlər onları narahat edən məsələlərdən söz açarkən Lənkəran şəhərinin və rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə də münasibət bildirərək göstərilən davamlı diqqətə görə ölkə Prezidentinə minnətdarlıq ifadə ediblər. Onlar kənddə evlərin kütləvi şəkildə qazlaşdırılmasını, elektrik təsərrüfatının yenilənməsini, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştləri, verilən subsidiyaları dövlətin vətəndaşlarına əvəzsiz qayğısı kimi hər bir sakini sevindirdiyini və daha yaxşı işləməyə, təsərrüfatlarını genişləndirməyə həvəsləndirdiyini bildiriblər. Qeyd olunub ki, məhz dövlətin qayğısı ilə ötən təsərrüfat ilində kənddə bol məhsulun yetişdirilməsi, şəxsi təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların, arı ailələrinin sayının çoxalması hesabına  sakinlərin gəlirləri də artıb, maddi vəziyyətləri veyli yaxşılaşıb.     
 Səyyar qəbula görə təşəkkürlərini bildirən sakinlər ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti tamamilə dəstəklədiklərini, son zamanlar xarici qüvvələrin əlilə radikal müxalifətin daxildə ictimai-siyasi sabitliyi pozmağa yönələn hərəkətlərini qəti şəkildə pislədiklərini xüsusi vurğulayıblar.  
Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən qaldırılan problemlərin həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

Keçidlər