Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran ŞİH başçısının növbəti səyyar qəbul-görüşü Göyşaban kəndində keçirilib

06 fevral 2019 | 16:00

6 fevral 2019-cu il tarixdə Lənkəran rayonunun Göyşaban kəndində İcra başçısının sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Hüquq-mühafizə orqanları və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbul-görüşdə inzibati ərazi dairəsinə daxil olan Göyşaban və Ürgə kəndlərində yaşayan vətəndaşların müraciətləri dinlənilib, qaldırdıqları məsələlər yerindəcə araşdırılıb.        Görüş zamanı sakinlər vətəndaş müraciətlərinə diqqətin artmasından, narahatlıq doğuran problemlərin həllindən ötrü görülən işlərdən razılıqlarını ifadə edərək əvvəlki görüşlərdə qaldırdıqları təkliflərə əsasən ərazinin başdan başa qazlaşdırılmasının, elektrik təsərrüfatında yenidənqurma işlərinin aparılmasının, 384 nömrə tutumlu elektron ATS-in quraşdırılmasının, 80 abonent üçün yeni rabitə xəttinin çəkilməsinin, 540 ailənin içməli su ilə təmin olunmasının dövlətin qayğısı kimi onların həyat şəraitini xeyli yaxşılaşdırdığını diqqətə çatdırıblar. Ötən təsərrüfat ilində ərazidə 19 ha buğda, 175 ha çəltik, 173 ha tərəvəz və bostan bitkiləri əkən kənd təsərrüfatı məhsulları istehsalçıları onlara verilən subsidiyalara və tətbiq olunan güzəştlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda qaldırılan təkliflər və fərdi xahişlərlə bağlı İcra başçısı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər