Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi

01 fevral 2019 | 16:00

Fevralın 1-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan gəncliyi” adlı tədbir keçirildi.
Tədbirdə ilk öncə Mərkəzin direktoru Reyhanə Sadıxova çıxış edərək gəncləri 2 fevral – Gənclər Günü münasibətilə təbrik etmiş, Azərbaycan gəncliyinin yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik olduğunu qeyd etmişdir. Eləcə də o, bildirmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində uğurla davam etdirilir.
Tədbirdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Vətənim Azərbaycan” intellektual oyunu layihəsi çərçivəsində rayon üzrə final turu müsabiqəsinin  qalibləri mükafatlandırılmış və bütün iştirakçılar sertifikatla təltif edilmişdir.

Keçidlər