Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Gənclər günü qeyd olundu

31 yanvar 2019 | 16:00

2 Fevral-Gənclər günü münasibətilə Lənkəran şəhərində ümumrayon tədbiri keçirilib. İştirakçılar əvvəlcə Heydər Əliyev xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzməklə Ümummilli Liderə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Sonra tədbir ötən il cənab Prezident İlham Əliyevin Lənkəran şəhərinə səfəri zamanı açılışı olmuş yeni Olimpiya İdman Kompleksində davam etdirilib. Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gəncləri bayram münasibətilə təbrik edərək ölkədə və rayonda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən ötrü görülən işlər barədə ətraflı danışıb. Natiq çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə uğurla həyata keçirildiyini, bu qayğı sayəsində ictimai-siyasi həyatın bütün sahələrində gənclərin rolunun artdığını diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Azərbaycan gənclərinin müstəqil dövlətimizin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin tarixi irsinə, onun müdrikliklə müəyyənləşdirdiyi siyasi kursa dönməz sədaqəti,  cənab Prezident İlham Əliyevin vətənimizin tərəqqisi naminə həyata keçirdiyi möhtəşəm işlərdə yaxından iştirakı xalqımızda xoşbəxt gələcəyə tükənməz inam və əminlik yaradır. Taleh Qaraşov lənkəranlı gənclərin bundan sonra da  doğma şəhərin inkişafında, daha da gözəlləşməsində yüksək siyasi fəallıqla iştirak edəcəklərinə əminliyini ifadə edərək onlara ictimai həyatda, təhsildə, idmanda, çalışdıqları digər sahələrdə uğurlar arzulayıb. Sonra İcra başçısı rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən bir qrup fəal gəncə şəhər İcra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.  Tədbir maraqlı əyləncəli-konsert proqramı ilə davam edib.

Keçidlər