Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

QƏHRƏMAN GENERAL ANILDI

24 yanvar 2019 | 16:00

Bu gün hərb sənətimizin şöhrəti, xalqımızın cəsur oğlu, İkinci Dünya Müharibəsinin görkəmli sərkərdələrindən biri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində baş tutub.
Şəhər 3,4,5,9 saylı, Sütəmurdov, Hirkan, Kənarmeşə və s. kənd tam orta məktəblərin müəllim və şagird kollektivlərinin, ziyalıların, ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirdə qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri şəhər 5 saylı məktəbin müəllimi Ağacəfər Fətullayev açaraq görkəmli sərkərdənin həyat və döyüş yolundan danışıb. Şəhər 5 saylı məktəbin gənclərin çağrışaqədərki hərbi hazırlıq müəllimi, ehtiyatda olan mayor Bəxtiyar Qasımov qəhrəmanın şərəfli ömür yolundan, müharibədə göstərdiyi qəhrəmanlığından söz açaraq bu gün gənclərin vətənpərvərlik  və qəhrəmanlıq ruhunda tərbiyə olunmasında generalın döyüş yolunun öyrənilməsinin vacibliyini də vurğulayıb.
“Həzi burda doğrulub” ədəbi-bədii kompazisiyanın sonunda məktəblilər Qəhrəmanın büstü önündə Azərbaycan şairlərinin Həzi Aslanova həsr etdikləri şeirləri və mahnıları ifa ediblər.

Keçidlər