Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISI LİMAN ŞƏHƏR SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB

21 yanvar 2019 | 16:00

Yanvarın 21-də  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Liman şəhərində keçirib.
İcra  hakimiyyəti başçısı aparatı rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi qəbulda vətəndaşları müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib.
Görüşdə çıxış edən sakinlər  Liman şəhərində  həyata keçirilən quruculuq-abadlıq işlərinə, şəhərin mərkəzi küçəsinin və daha bir neçə küçənin asfaltlanmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, ərazidə ötən təsərrüfat ilində 70 hektara qədər tərəvəz bitkiləri, 25 hektarda soğan, 4100 ədəd tut tingi əkilib, ilk dəfə olaraq ərazidə 178 kiloqram barama istehsal olunaraq qəbul məntəqəsinə təhvil verilib.
Görüşdə çıxış edən İcra başçısı ölkədə sosial-iqtisadi inkişafla bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən qayğı və diqqətdən söz açaraq, Lənkəranda da, o cümlədən Liman şəhəri inzibati ərazi dairəsində də müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.  İcra başçısının cari ildə Liman şəhərində aztəminatlı ailələri təmsil edən 140 nəfər sakinin haqqı ödəniləcək ictimai işlərə cəlb olunacağı, şəhərdə daha 3 küçənin asfaltlanacağı, həmçinin şəhər parkında  sakinlərin asudə vaxtının səmərəli keçirilməsindən ötrü münasib şəraitin yaradılacağı və  şəhərdə yeni xəstəxana binasının tikintisi məsələsinin yaxın vaxtlarda qəbul olunacaq Dövlət Proqramına daxil edilməkdən ötrü təqdim olunmuş təkliflər paketinə əlavə olunması barədə məlumatını görüş iştirakçıları sevinc hissi ilə qarşılayıblar.
Sonda İcra başçısı sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər