Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDANDA NÖVBƏTİ BAYRAM YARMARKASI

25 dekabr 2018 | 16:00

 

Dekabrın 25-də Lənkəran rayonunun Velədi kəndi ərazisindəki meyvə bazarında  Yeni il və Dünya Azərbaycanlılarının Həmirəylik Günü ilə əlaqədar  ərzaq və yeyinti məhsullarının satış yarmarkası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan yarmarkada satıcı və alıcılar üçün lazımi şərait yaradılıb. Bayram yarmarkasında respublikanın ayrı-ayrı rayonlarından 40-dək şirkət və yerli fermer təsərrüfatları iştirak edib. Səhər saatlarından başlayan yarmarkaya əhalinin təlabatına müvafiq olaraq 45 tondan artıq müxtəlif çeşidli məhsullar, sitrus və digər meyvələr çıxarılıb. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətlərinin bazar qiymətindən 20-25 faiz aşağı olması alıcılar tərəfindən razılıqla qarşılanıb.
Əlaqədar rəsmi şəxslər yarmarkaya baş çəkərək məhsulların  keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.
Bayram yarmarkası axşam saatlarına kimi davam edib.

Keçidlər