Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın ucqar dağ kəndinə təbii qaz verilib

24 dekabr 2018 | 16:00

Dekabrın 24-də Lənkəran rayonunun ucqar dağlıq yaşayış məntəqələrindən olan Mollakənd kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti xidmət sahələrinin əməkdaşları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlərdən, əhalinin maddi güzəranının, həyat səviyyəsinin gündən-günə yaxşılaşmasından danışıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının Lənkəranda da böyük uğurla icra olunduğunu qeyd edən İcra başçısı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Mollakənd kəndinə ilk dəfə təbii qaz çəkilişinin əlamətdar bir hadisə olduğunu vurğulayaraq sakinlərə təbriklərini çatdırıb.

Mərasimdə çıxış edən yerli sakinlər uzun illərdən bəri kənddə təbii qazın olmadığını söyləyərək, onların həyatında mühüm hadisə olan bu günün ölkə başçısı cənab İlham Əliyevin doğum günü ilə eyni vaxta düşməsini əlamətdar hadisə kimi dəyərləndiriblər. Onlar bu qış günlərində evlərinə  mavi yanacağın verilməsinə görə ölkə başçısına, eləcə də bu işdə əməyi olan bütün insanlara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək  ki, 250 abonenti olan Mollakənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 min 238 metr müxtəlif diametrli polietilen, polad borularla daşıyıcı, həmçinin paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Keçidlər