Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “YAŞILLAŞDIRMA AYLIĞI” DAVAM EDİR

25 noyabr 2012 | 16:00

Xəbər verildiyi kimi, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun 14 noyabr 2012-ci il tarixli 464 saylı Sərəncamına əsasən Lənkəranın şəhər, qəsəbə və kəndlərində 2012-ci ilin noyabr ayının 15-dən dekabr ayının 15-dək “Yaşıllaşdırma aylığı” keçirilir.
Sərəncam imzalandığı gündən bu kompaniya artıq kütləvi xarakter almışdır. Noyabrın 24-də isə bu kompaniyanı dəstəkləyən ümumrayon iməciliyi keçirilmişdir. İməcilik zamanı Lənkəranın şəhər, qəsəbə və kəndlərinin ərazilərində əhalinin iştirakı ilə park, bağ və meydanlarda, magistral yol və küçə kənarlarında müxtəlif növ ağaclar , həmişəyaşıl, dekorativ kollar əkini həyata keçirilmişdir.
Son iməcilik zamanı Lənkəran ŞİH başçısı müavinlərinin, İcra Aparatının şöbələrinin iştirakı ilə inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələr, Lənkəran şəhər Mənzil-İstismar və Kommunal Müəssisələr İdarəsi, 1saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsi , Lənkəran Meşə Bərpası və Mühafizəsi Müəssisəsi, Hirkan Milli Parkı və digər aidiyyatı təşkilatlar ağacəkmə kompaniyasında fəallıq göstərmişlər.
Ağacəkmə kompaniyasının dekabr ayının 15-dək hər gün davam etdirilməsi nəzərdə tutulmuşdur.
 

Keçidlər