Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

TALEH QARAŞOV NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜNÜ OSAKÜCƏ KƏNDİNDƏ KEÇİRİB

19 dekabr 2018 | 16:00

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Osakücə kəndində keçirib. İcra strukturları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə və xidmət sahələrinin rəhbərlərinin iştirak etdikləri görüş zamanı İcra başçısı kənd sakinlərini dinləyərək onların problemləri ilə maraqlanıb.
Sakinlər mövcud siyasi sabitliyə, əmin-amanlığa, habelə onlara göstərilən qayğı və diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırmaqla yanaşı Molojo kənd məktəbi üçün 7 sinif otağından ibarət əlavə korpusun tikilərək istifadəyə verildiyini, 35 hektarda yeni çay plantasiyasının salındığını, 10 min yumurtalıq inkibatorun inşa olunduğunu, 150 sakinin yeni iş yerləri ilə təmin edildiyini, əhalinin təbii qaz, fasiləsiz elektrik enerjisi ilə təminatı, yolların asfaltlanması sahəsində görülən tədbirləri də razılıq hissi ilə dilə gətiriblər.
İcra başçısı T.Qaraşov çıxışında rayonun soisal-iqtisadi inkişafı məqsədilə həyata keçirilən abadlıq-quruculuq işlərinin Osakücə inzibati ərazi dairəsindən də yan keçmədiyini qeyd edərək bu işlərin bundan sonra da davamlı xarakter daşıyacağını, kənd əhalisinin arzu və təkliflərinin mütəmadi nəzərə alınacağını bildirib.

 

Keçidlər